
BAKI, 11 fevral. TELEQRAF
Futzal üzrə Azərbaycan milli komandası bu gün AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirəcək.
5-ci qrupda yer alan yığma Afinada Yunanıstanın qonağı olacaq.
DAİS İdman Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Trayan Enchev, Kaloyan Kirilov və İvan İvanovdan ibarət bolqarıstanlı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Vitali Borisovun rəhbərlik etdiyi Azərbaycan millisi ilk 3 tur qarşılaşmalarında evdə İsveçlə 3:3, Yunanıstanla 2:2 hesablı heç-heçə edib, səfərdə İsveçə uduzub - 2:9. Növbəti oyunlar aprelin 11-də səfərdə İsveçə və aprelin 15-də evdə Xorvatiyaya qarşı olacaq.