
BAKI, 11 mart. TELEQRAF
Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiya müddəti bitib.
Teleqraf xatırladır ki, 31 yaşlı yarımmüdafiəçi 2023-cü ilin sentyabrında antidopinq qaydalarını pozduğu üçün cəzalanmışdı.
Poqba hazırda karyerasını istənilən klubda davam etdirə bilər. Fransalının son iş yeri keçən ilin oktyabrında müqaviləsini ləğv etdiyi İtaliya "Yuventus"u olub.
2018-ci ildə dünya çempionu olmuş Poqba DÇ-2026-ya dəvət olunması üçün növbəti mövsümə mümkün qədər yaxşı hazırlaşmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, Pol Poqba ilə Fransanın "Marsel" və ABŞ-nin "İnter Mayami" klublarının maraqlandığı deyilir.