
BAKI, 11 fevral. TELEQRAF
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş uzun fasilədən sonra media önünə çıxacaq.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis martın 13-də AFFA-nın inzibati binasında mətbuat konfransı keçirəcək.
Tədbir saat 11:00-da başlanacaq.
Mətbuat konfransında milli komandanın martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena”da Belarus yığması ilə oyunları üçün heyəti açıqlanacaq.