BAKI, 11 mart. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə mərhələ adlayacaq 4 komanda müəyyənləşəcək. Gecənin əsas görüşü İngiltərədə keçiriləcək. “Enfild”də “Liverpul” Fransa PSJ-sini qəbul edəcək. Komandalar arasında Fransada keçirilən qarşılaşmada Mersisayd təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

11 mart

21:45. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)
(İlk oyun - 1:0)

00:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
(İlk oyun - 1:0)

00:00. "Bayer Leverkuzen" (Almaniya) - "Bavariya" (Almaniya)
(İlk oyun - 0:3)

00:00. "İnter" (İtaliya) - "Feyenoord" (Niderland)
(İlk oyun - 2:0).