BAKI, 11 mart. TELEQRAF

Kilian Mbappe cari mövsümdə “Real Madrid”in heyətində bütün turnirlərdə 29 qol vurub.

Teleqraf “Stats Foot” nəşrinə istinadən xəbər verir ki, bununla Mbappe Avropanın ən reytinqli 4 çempionatında bir klubda debüt mövsümündə 29 qol vuran ilk fransalı futbolçu olub.

Əvvəlki rekord Mişel Platiniyə məxsus idi. Əfsanəvi hücumçu 1982/83 mövsümündə "Yuventus"un heyətində 28 qol vurub.

Yada salaq ki, Mbappe “Real Madrid”ə ötən il PSJ-dən keçib.