
BAKI, 11 mart. TELEQRAF
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını İspaniya "Barselona"sında davam etdirə bilər.
Teleqraf "Sport Diario" nəşrinə istinadən xəbər verir ki, agentləri artıq misirli hücumçunun xidmətlərini Kataloniya təmsilçisinin rəhbərliyinə təklif ediblər.
Transfer baş tutacağı halda 33 yaşlı forvard maaşında ciddi endirimə getməli olacaq. Bu addım İspaniya nəhənginin La Liqanın maliyyə tələblərinə uyğun gəlməsi üçün atılacaq.
O da bildirilir ki, "Barselona" Salahla müqavilə bağlamağın əleyhinə deyil. Çünki klubu futbolçunun təcrübəsi və oyun keyfiyyəti cəlb edir. Lakin yalnız maaşda endirim olduğu təqdirdə, ciddi dialoq mümkündür.
Məhəmməd Salah bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib və 30 qol, 22 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt ona 55 milyon avro qiymət qoyub.