
BAKI, 11 mart. TELEQRAF
Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin təkrar oyununda portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldunun heyətində yer aldığı “Əl-Nəsr” klubu öz meydanında “İstiqlal”ı (İran) məğlub edib – 3:0.
Teleqraf xəbər verir ki, Tehranda keçirilən ilk oyunda qalib müəyyənləşməyib (0:0). İki görüşün nəticəsinə görə Səudiyyə Ərəbistanı təmsilçisi növbəti mərhələyə adlayıb.
İranlılarla matçda Ronaldu karyerasında vurduğu qolların sayını 927-yə çatdırıb.