BAKI, 11 mart. TELEQRAF

"Səbail"in futbolçusu İnnosent Nşuti Ruanda millisinə dəvət olunub.

Teleqraf xəbər verir ki, 27 yaşlı hücumçu Nigeriya və Lesoto ilə yığmaları iə DÇ-2026-nın seçmə mərhələsinin oyunlarına çağırılıb.

Qeyd edək ki, İnnosent Nşuti "Səbail"ə yanvarda keçib. O, "dənizçilər"lə 7 oyunda iştirak edib.