BAKI, 10 mart. TELEQRAF

Türkiyə Superliqasında 27-ci turun oyununda “Beşiktaş” gözlənilmədən öz meydanında “Qaziantep”ə 1:2 hesabı ilə məğlub olub.

Teleqraf xəbər verir ki, oyunda hesabı 31-ci dəqiqədə İstanbul klubunun italiyalı hücumçusu Çiro İmmobile açıb.

Fasilədən sonra qonaqlar iki qol vuraraq, sensasiyaya imza atıblar.

Hazırda “Beşiktaş” 44 xalla (25 oyun) 4-cü, “Qaziantep” 35 xalla (25 oyun) 8-ci yerdədir.