
BAKI, 11 mart. TELEQRAF
“Məqsədimiz mərhələ adlamaqdır. “Liverpul”la qarşılaşma mövsümün ən vacib oyunu olacaq”.
Teleqraf xəbər verir ki, bu sözləri UEFA-nın rəsmi saytına PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya deyib.
Gürcüstanlı forvard İngiltərədə şansların bərabər olacağını söyləyib: “Liverpul”la matçda üstünlüyə sahib olmaq asan deyil. Keçən həftə bunu bacardıq və yaxşı futbol oynadıq. Mərhələ adlamaq şansları bərabərdir”.
Yada salaq ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin təkrar oyunları çərçivəsində bu gün “Liverpul” öz meydanında PSJ ilə qarşılaşacaq. Parisdə keçirilən ilk oyunda ingilislər minimal hesabla (1:0) qələbə qazanıblar.