![](https://teleqraf.az/storage/2025/02/13/715x378/bine-affsa.jpg)
BAKI, 13 fevral. TELEQRAF
AFFA Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işlərini başa çatdırıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FIFA lisenziyalı süni ot örtüyü laboratoriyası tərəfindən test edilib.
Testin nəticəsinə uyğun olaraq, süni ot örtüyünün FIFA Quality Pro sertifikatına uyğunluğu təsdiqlənib.