BAKI, 12 fevral. TELEQRAF

İngiltərənin "Arsenal" klubunun futbolçusu Kay Haverts mövsümün qalan hissəsini buraxacaq.

Teleqraf "The Athletic"ə istinadən xəbər verir ki, almaniyalı hücumçu BƏƏ-nin Dubay şəhərində keçirilən təlim-məşq toplanışı zamanı zədələnib. Almaniyalı oyunçu dizaltı vətərini qoparıb.

"Arsenal"ın futbolçularından daha əvvəl Bukayo Saka və Ben Uayt da uzun müddətə sıradan çıxıb.

Qeyd edək ki, Kay Haverts bu mövsüm keçirdiyi 34 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.