BAKI, 13 fevral. TELEQRAF

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 47,4 milyard ABŞ dolları olub.

Teleqraf Dövlət Statistika Komitəsinə əsasən məlumat verir ki, 2024-cü ildə Azərbaycan 180 ölkə ilə ticarət əməliyyatları aparmış, 122 ölkəyə məhsul ixrac etmiş, 170 ölkədən isə idxal edib. Ümumi xarici ticarət dövriyyəsi 47,4 milyard ABŞ dolları təşkil edib, bunun da 55,6%-i ixrac, 44,4%-i idxal olub. Ticarət əməliyyatlarında müsbət saldo 5,3 milyard dollar olmuşdur. İxrac 7,4% azalmış, idxal isə 3,1% artmışdır.

Qeyri-neft-qaz məhsullarının ixracı 3,4 milyard dollar olub, əsas ticarət tərəfdaşları İtaliya (41%), Türkiyə (14,4%) və Rusiya (4,4%) olub. İdxalda əsas ölkələr Çin (17,7%), Rusiya (17,2%) və Türkiyə (11%) təşkil edib.

Qeyd edək ki, 2024-də şəkər, tütün, bitki yağları, pambıq lifi və elektrik enerjisi ixracında əhəmiyyətli artımlar, təzə tərəvəz, kartof, çay və polietilen ixracında isə azalmalar müşahidə olunub. İdxalda buğda, bitki yağları, kərə yağı, təzə meyvə, mal əti və avtomobillərin artması, siqaret və kartofun idxalında isə artımlar baş verib.