![](https://teleqraf.az/storage/2025/02/13/715x378/thumbs_b_c_240ea55d186070970752329ae456036f.jpg)
TBİLİSİ, 13 fevral. TELEQRAF
Gürcüstan parlamentində 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətinin araşdırılması məqsədilə yaradılmış xüsusi istintaq komissiyası ilk iclasını keçirib.
Teleqraf xəbər verir ki, toplantıda vitse-spiker Tea Tsulukiani komissiyanın rəhbəri təyin olunub, digər vitse-spiker Sozar Subari isə komissiyanın katibi seçilib.
Komissiyanın tərkibi 10 nəfərdən ibarətdir. Müxalif “Gürcüstan naminə” partiyasının üzvləri üçün nəzərdə tutulan iki yer vakant olaraq qalır.
Komissiyanın fəaliyyət göstərəcəyi altı ay müddətində sabiq dövlət başçısı Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətlər araşdırılacaq. Əldə olunan materiallar Gürcüstanın Baş Prokurorluğuna təqdim olunacaq.