![](https://teleqraf.az/storage/2025/02/13/715x378/aquero.jpg)
BAKI, 13 fevral. TELEQRAF
“Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero futbol qumarında 10 min dollar uduzub.
Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın “Onze Mondial” nəşri məlumat yayıb.
Bildirilir ki, argentianlı hücumçu bukmeyker kontorların birində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” - “Real Madrid” oyununun ilk yarısında ən azı iki qolun vurulacağına pul qoyub. Amma birinci hissədə cəmi bir qol vurulduğundan Aquero mərcdə uduzub.
Xatırladaq ki, matçın ilk hissəsində yeganə qolu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland vurub. Görüş isə İspaniya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.