BAKI, 13 fevral. TELEQRAF

2024-cü ildə Azərbaycan, İtaliya, Türkiyə və Rusiya ilə xarici ticarət əməliyyatlarını gücləndirib.

Teleqraf Dövlət Statistika Komitəsinə əsasən məlumat verir ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin ən böyük hissəsi İtaliya, Türkiyə və Rusiyaya aid olub. Ümumi ticarət dövriyyəsinin 23,9 faizi İtaliya ilə, 12,9 faizi Türkiyə ilə, 10,1 faizi isə Rusiya ilə həyata keçirilib. Çinin payı 7,9%, ABŞ-ın payı isə 3,7% təşkil edib.

İxracatın 41%-i İtaliyaya, 14,4%-i Türkiyəyə, 4,4%-i Rusiyaya, 4,1%-i isə Çexiyaya göndərilib. Qeyri-neft-qaz məhsullarının ixracında Rusiyaya 34,6%, Türkiyəyə 16,2%, Gürcüstana 8,1% və İsveçrəyə 6,6% göndərilən mallar üstünlük təşkil edib.

Qeyd edək ki, ticarət əməliyyatlarında digər ölkələrin ümumi payı isə 13,1%-i təşkil edib.