BAKI, 13 fevral. TELEQRAF

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, 1/8 finala vəsiqə uğrunda görüşlərdə Türkiyənin iki komandası mübarizə aparır.

“Fənərbağça” ilk oyunda yerli azarkeşləri önündə “Anderlext”lə görüşəcək. “Qalatasaray” isə səfərdə “Alkmaar”la oyunda azarkeşlərini sevindirməyə çalışacaq.

Qeyd edək ki, təkrar pley-off oyunları fevralın 20-də keçiriləcək.

UEFA Avropa Liqası

Pley-off, ilk oyunlar

13 fevral

21:45. “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)

21:45. “Ferentsvaroş” (Macarıstan) – “Viktoriya Plzen” (Çexiya)

21:45. “Midtyulland” (Danimarka) – “Real Sosyedad” (İspaniya)

21:45. “Yunion Sent-Jiluaz” (Belçika) – “Ayaks” (Niderland)

00:00. “Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə)

00:00. “Portu” (Portuqaliya) – “Roma” (İtaliya)

00:00. PAOK (Yunanısatn) – FCSB (Rumıniya)

00:00. “Tvente” (Niderland) – “Bodo-Qlimt” (Norveç)