BAKI. 13 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu 2024-cü ildə dünyanın ən çox qazanan idmançısı olub.

Teleqraf "Sportico"ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçu ötən il 260 milyon dollar gəlir əldə edib. "İlk 3-lüy"ə həmçinin “Qolden Steyt”in basketbolçusu Stefen Karri (153,8 milyon dollar) və britaniyalı boksçu Tayson Fyuri (147 milyon dollar) daxil olub.

2024-cü ilin ən çox qazanan 10 idmançısı:

1. Kriştianu Ronaldu (Portuqaliya, futbol) - 260 milyon avro;

2. Stefen Karri (ABŞ, basketbol) - 153,8 milyon avro;

3. Tayson Fyuri (Böyük Britaniya, boks) - 147 milyon avro;

4. Lionel Messi (Argentina, futbol) - 135 milyon;

5. Lebron Ceyms (ABŞ, basketbol) - 133,2 milyon;

6. Neymar (Braziliya, futbol) - 133 milyon;

7. Oleksandr Usik (Ukrayna, boks) – 122 milyon;

8. Kərim Benzema (Fransa, futbol) - 116 milyon;

9. Kilian Mbappe (Fransa, futbol) - 110 milyon;

10. Con Ram (İspaniya, qolf) - 105,8 milyon.