BAKI, 12 fevral. TELEQRAF

Futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, yarımfinalda "Barselona" "Atletiko Madrid"lə, "Real Madrid" "Real Sosyedad"la qarşılaşacaq.

1/2 mərhələnin təqvimi bir müddət sonra bilinəcək. İlk oyunların 25-27 fevral, cavab matçların isə 1-3 apreldə keçirilməsi gözlənilir.

Qeyd edək ki, İspaniya Kubokunun son qalibi "Atletik Bilbao"dur.