![](https://teleqraf.az/storage/2025/02/13/715x378/renat.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Türkiyənin I Liqa təmsilçisi “Ankaragücü” klubu Renat Dadaşovla yollarını ayırıb.
Teleqraf “Sporanki” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının 26 yaşlı hücumçunun adı siyahıda gedən 10 futbolçu arasında yer alıb.
Komandadan ayrılanlardan 6-sı yerli, 4-ü legionerdir. Dadaşov, Rikkardo Saponara və Kevin Varqanın yeni klubu hələlik müəyyənləşməyib. Qalan 7 oyunçu isə başqa komandalara keçiblər.
Türkiyədə legioner limiti azərbaycanlı oyunçulara da tətbiq olunduğundan, komandanın ən bahalı futbolçusu ilə yolların məhz bu səbəbdən ayrıldığı iddia olunur.
Qeyd edək ki, Renat Dadaşov 2024-cü ilin yayında "Hatayspor"dan "Ankaragücü"nə transfer olunub. Onunla 2 illik müqavilə imzalanmışdı.