BAKI, 13 fevral. TELEQRAF

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) rezervlərində normallaşma addımı çərçivəsində ABŞ istiqrazlarına yenidən yatırım etməyə başlayıb.

Teleqraf Bloomberg-ə istinadən xəbər verir ki, oktyabrda təxminən 6 milyard dollar dəyərində istiqaz alıb. TCMB-nin son bir ildəki ABŞ Xəzinə istiqrazına yatırımları 10 milyard dollar artaraq 12 milyard dollara çatıb. Bu addım TCMB-nin rezerv siyasətini normallaşdırma səylərinin bir hissəsidir.

Rəsmilər bildirib ki, on il əvvəl 80 milyard dollara yaxın olan istiqraz varlıqlarının çoxu Donald Trump-ın birinci prezidentliyi dövründəki siyasi və geopolitik gərginliklər səbəbindən satılıb.

Qeyd edək ki, ABŞ-ın 36 trilyon dollarlıq istiqraz öhdəliyində ən çox istiqrasa sahib olan Yaponiyadır - 1 trilyon 99 milyard dollar, Çin 768,6 milyard dolla, Böyük Britaniya 765,6 milyard dollar, Lüksemburq 424,5 milyard dollar, Kanada 374,4 milyard dollar və Fransa 332,5 milyard dollar dəyərində ABŞ istiqrazlarına sahibdir.