BAKI, 13 fevral. TELEQRAF

UEFA Çempionlar Liqasının (ÇL) Fransada keçirilən “Monako” – “Benfika” oyununda rusiyalı və ukraynalı futbolçular arasında gərgin anlar yaşanıb.

Teleqraf xəbər verir ki, qarşılaşmadan öncə “Benfika”nın ukraynalı qapıçısı Anatoli Trubin "Monako"nun rusiaylı yarımmüdafiəçisi Aleksandr Qolovinlə görüşməkdən imtina edib .

Yada salaq ki, ÇL-in Liqa mərhələsinin 5-ci turunda da eyni komandalar qarşılaşmışdı. Həmin oyundan öncə də ukraynalı qapıçı rus futbolçu ilə salamlaşmamışdı.