BAKI, 13 fevral. TELEQRAF

2025-ci ilin yanvar ayında ölkədə 9 milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, neft-qaz sektorunda əlavə dəyər 4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb.

Qeyd edək ki, ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.