BAKI, 12 fevral. TELEQRAF

Braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”dan ayrılması ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, 36 yaşlı oyunçu komandanın baş məşqçisi Qurban Qurbanova minnətdarlığını bildirib. O yazıb:

“Öncə Tanrıya və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm! Mən Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma bu insanı çıxardı. O, həyatda mənə çox şey öyrətdi: təvazökar və sadə olmağı, pula önəm verməməyi, pulun hər zaman bizə gəlməsinə imkan verməyi. O, mənə həm də əsl döyüşçü olmağı öyrətdi! Ona görə də, mənim Xocam, Qurban Qurbanov, bu ithafı sənə böyük fəxrlə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm! Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi...

Tanrı bilir ki, sən mənim ikinci atamsan. Mən səni sonsuza qədər sevəcəm. Çünki sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən. Artıq sənin üçün darıxıram, Atam".

Qeyd edək ki, Almeyda futbolçu karyerasını vətəni Braziliyada davam etdirəcəyini açıqlayıb.