![](https://teleqraf.az/storage/2025/02/13/715x378/d0-a1-d0-b5-d1-80-d0-b3-d0-b5-d0-b9-d0-95-d0-b2-d0-b3-d0-b5-d0-bd-d1-8-c-d0-b5-d0-b2-d0-b8-d1-87-e1511812904365.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ukrayna qaçılmaz olaraq dövlətçiliyinin dağılması ilə üz-üzədir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Sovet İttifaqının dağılmasından sonra yeni Kiyev hakimiyyəti əllərinə düşən şansdan istifadə edərək zəhmətlə öz dövlətçiliyini sıfırdan qurmağa başlamaq əvəzinə, diqqətini xalqın hesabına varlanmağa, neonasizmlə rəqsə yönəltdi, ardınca anqlo-saksonları öz ağaları kimi qəbul etdi və Rusiyaya qarşı nankorluq missiyasını öz üzərinə götürdü. Nəticədə ölkə fəlakət həddinə çatdırıldı, indi də qarşıda dövlətçiliyin labüd süqutunu gözləyirlər”, - qurum rəhbəri bildirib.
Narışkin iddia edib ki, Ukrayna SSRİ dönəmində dövlət kimi formalaşıb, bundan əvvəl vahid inzibati qurum kimi mövcud olmayıb.
Xidmət rəhbəri Ukraynanın “tarixi Rusiya əraziləri və bir neçə qonşu dövlətin torpaqları hesabına dövlət olduğunu” da iddia edib.