![](https://teleqraf.az/storage/2025/02/13/715x378/whatsapp_image_2025-02-13_at_12.28.14_(2).jpg)
BAKI, 13 fevral. TELEQRAF
Türkiyənin Azərbaycana təyin edilmiş yeni səfiri Birol Akgün Fəxri Xiyaban, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib.
Teleqraf xəbər verir ki, Birol Akgün ziyarət çərçivəsində media nümayəndələrinə açıqlama verib.
"Bu gün Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri olaraq cənab Prezident İlham Əliyevə etimadnaməmi təqdim etdim. Cənab prezidentə bir daha təşəkkür edirəm. Türkiyə və Azərbaycan daim birlikdə olacaq. Qarabağ zəfərində Azərbaycanı yaxından izlədik. Azərbaycanlı qardaşlarımızın qələbəsinə sevindik. Türkiyədə zəlzələ zamanı qardaşlarımızın dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Şuşa bəyannaməsinə əsasən mütəffiqlik üzrə əlaqələrimizin daha da gücləndirilməsinə davam edəcəyik. Əlaqələrimiz hər sahədə daha da inkişaf edəcək", - deyə səfir vurğulayıb.
Qeyd edək ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.