BAKI, 13 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada müharibəni bitirmək üçün danışıqlara başlamaq üçün razılaşdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Rusiya prezidenti ilə telefon danışığından sonra bildirib.

Həmçinin Tramp Ukraynaya kömək etməyə davam edəcəyini, əks halda Putinin qalib gəldiyini düşünəcəyini deyib.

“Biz Ukraynaya nə qədər lazımdırsa yardımı edəcəyik, çünki başqa bir şeyin olmasını istəmirik, amma Putin hazırda sülh istəyir”, - ABŞ lideri vurğulayıb.

Tramp qeyd edib ki, çox da uzaq olmayan gələcəkdə atəşkəsə nail olunacaq.