![](https://teleqraf.az/storage/2023/06/28/715x378/champions_league_110718.jpg)
BAKI, 13 fevral. TELEQRAF
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu ada braziliyalı vinger Vinisius Junior (“Real Madrid”, İspaniya), yunan hücumçu Vangelis Pavlidis (“Benfika”, Portuqaliya), braziliyalı hücumçu İqor Payxao (“Feyenoord”, Niderland) və qvineyalı forvard Seru Girassi (“Borussiya Dortmund”, Almaniya) iddialıdır.
Vinisius İngiltərənin “Mançester Siti” klubu ilə oyunda (3:2) iki məhsuldar ötürmə, Girassi Portuqaliya “Sportinq”inə qarşı matçda (3:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıblar. Payxao İtaliya “Milan”ı ilə oyunda (1:0), Pavlidis isə Fransanın “Monako” klubuna qarşı görüşdə (1:0) qələbə qollarına imza atıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün pley-off mərhələsinin cavab oyunları fevralın 18-də və 19-da keçiriləcək.