BAKI, 13 fevral. TELEQRAF

“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə çempionatında yeni rekord müəyyənləşdirib.

Teleqraf xəbər verir ki, “Everton”la (2:2) keçirilən Mersisayd derbisində qol vuran və məhsuldar ötürmə edən misirli hücumçusu İngiltərə Premyer Liqası tarixində ilkə imza atıb.

O, bir mövsümdə səfər matçlarında “qol+ötürmə” sistemi üzrə 22 xal toplayan ilk futbolçudur.

Belə ki, Salah 2024/2025 mövsümündə keçirdiyi 13 matçda 13 qol vurub və 9 məhsuldar ötürmə verib.

Qeyd olunur ki, indiyə qədər rekord sabiq “Arsenal”lı Endi Koula məxsus idi. O, 1993/1994-cü il mövsümündə "Nyukasl"da çıxış edərkən 21 xal toplamışdı.