![](https://teleqraf.az/storage/2023/01/19/715x378/affa-website-b.jpg)
BAKI, 13 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi bugünkü iclasında Əvəzedicilər Liqası ilə bağlı qeyri-adi pul cəzaları tətbiq edib.
Teleqraf qurumun rəsmi saytına xəbər verir ki, cərimələr xərəkdaşıyan və topdaşıyanlara görə verilib.
Xərəkdaşıyanlar XXII turun "Şamaxı-2" - "Sumqayıt-2", topdaşıyanlar isə "Araz-Naxçıvan-2" - "Kəpəz-2" oyununda olmayıb. Bu səbəbdən, "Şamaxı-2" və "Araz-Naxçıvan-2" klubları hərəyə 80 manat cərimələnib.
"Şamaxı-2" daha 80 manatı oyunöncəsi iclasda nümayəndəsisinin iştirak etməməsi səbəbindən ödəyəcək.