BAKI, 13 fevral. TELEQRAF

Fevralın 14-də 2024-2025-ci tədris ilinin birinci semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlər başa çatacaq.

Bu barədə Teleqraf-a Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.

"İkinci semestr üçün təhsil tələbə krediti almaq istəyən tələbələr 17 fevraldan etibarən notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ilə e-ttkf.edu.az portalına elektron müraciət edə bilərlər. Əvvəlki semestr üçün təsdiqlənmiş razılıq ərizəsi ikinci semestr üçün də keçərlidir", - Fonddan bildirilib.