BAKI, 12 fevral. TELEQRAF

“Fənərbağça”nın və Serbiya millisinin müdafiəçisi Oqnyen Mimoviç karyerasını Rusiyada davam etdirəcək.

Teleqraf xəbər verir ki, İstanbul klubu sağ cinah mövqeyində çıxış edən futbolçunu “Zenit”ə icarəyə verib.

Sankt-Peterburq klubundan verilən məlumata görə, serb müdafiəçi 2024/2025 mövsümünün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, Mimoviç “Fənərbağçaya” ötən ay “Srvena Zvezda”dan 6,7 milyon avro qarşılığında transfer olunub.