BAKI, 13 fevral. TELEQRAF

Futbol üzrə İngiltərə çempionatında 15-ci turdan təxirə salınan oyunda “Liverpul” səfərdə “Everton”la heç-heçə edib (2:2).

Teleqraf xəbər verir ki, oyunda hesabı 11-ci dəqiqədə “Everton”dan Beto açıb. Cəmi 5 dəqiqə sonra Məhəmməd Salahın ötürməsini qola çevirən argentinalı Makallister Aleksis hesabı bərabərləşdirib.

Oyunun 73-cü dəqiqəsində Salah “Liverpul”u hesabda önə keçirib. “Everton”lu Ceyms Tarkovski isə əsas vaxta əlavə olunan 8-ci dəqiqədə komandasını məğlubiyyətdən qurtarıb.

Derbidə qələbəni son anda əldən verən “Liverpul” ən yaxın izləyicisi “Arsenal”ı 7 xal qabaqlayaraq 57 xalla turnir cədvəlinin vahid lideridir. “Everton” 27 xalla 15-ci yerdədir.