![](https://teleqraf.az/storage/2025/02/13/715x378/477109022_1136321171832282_1752865764138830765_n.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı davam edir.
Teleqraf xəbər verir ki, Azərbaycan milli komandası ikinci turda İspaniya ilə qarşılaşıb.
5 kateqoriya üzrə (kişilərin şəxsi və qoşa, qadınların şəxsi və qoşa və qarışıq qoşa) keçirilən oyunda meydan sahibləri rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Azərbaycan millisi növbəti turda Danimarka münasibətlərə aydınlıq gətirəcək. Fevralın 14-də keçiriləcək qarşılaşma saat 10:00-da başlayacaq.
Morteza Validarvinin baş məşqçi olduğu kollektiv ilk turda İngiltərə millisinə eyni hesabla uduzub.
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan yarış fevralın 16-da bitəcək.