BAKI, 12 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə Dünya Çempionatında (DÇ) spirtli içkilərin satışına icazə verməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər Əl Səud məlumat verib.

Onun sözlərinə görə, ölkəsi DÇ-2034-də spirtli içkilərin satışına icazə vermək üçün qanunları dəyişməyi planlaşdırmır.

Qeyd edək ki, FİFA-nın ötən ilin dekabrında keçirilən iclasında DÇ-2034-ün Səudiyyə Ərəbistanında keçirilməsi qərara alınıb.