BAKI, 12 fevral. TELEQRAF
AFFA İntizam Komitəsi fevralın 6-da U-17 Liqasında keçirilmiş "Vətən" İOEUGFMPHŞ - "Neftçi" PFK oyununda baş vermiş insidentlə bağlı qərarını açıqlayıb.
Teleqraf xəbər verir ki, matçın 69-cu dəqiqəsində “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə və xəsarət yetirdiyinə görə "Masallı" PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.
Matçda təhlükəsizlik təmin edilmədiyinə görə "Vətən" İOEUGFMPHŞ komandası müstəsna hal olaraq 500 manat cərimə edilib.
“Neftçi” rəsmisi Rəşad Hüseynov isə “Masallı” PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilovu vurduğuna görə 10 oyun cəzalandırılıb.
Baş verən hadisə ilə bağlı hər iki klub rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilməsi qərara alınıb.