BAKI, 13 fevral. TELEQRAF
Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata əsasən, bu da illik müqayisədə 5,5% çoxdur.
Avtomobil benzini və dizelin satışından 271 milyon manat gəlir götürülüb. Bu da 2024-cü ilin əvvəlinə olan gəlirlə müqayisədə 9,3% çoxdur.