![](https://teleqraf.az/storage/2025/02/13/715x378/qeyri_neft_qaz.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar ayında 5,5 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz az sənaye məhsulu istehsal edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika komitəsindən məlumat verilib.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.
Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma sektorunda, 31,9 faizi emal sektorunda, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.