![](https://teleqraf.az/storage/2025/02/13/715x378/download_(2).jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2024-cü il ərzində ümumilikdə 3628 müraciət daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Komitədə vətəndaş qəbulunda müraciətlərin sayı ötən illə müqayisədə 1,3 dəfə artıb.
Siyahının ön pilləsində 614 sayla məhkəmə qərarlarının icrası ilə bağlı müraciətlər yer alıb.