![](https://teleqraf.az/storage/2025/02/13/715x378/adrian_mutu1.jpg)
BAKI, 13 fevral. TELEQRAF
"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu yeni layihəsini təqdim edib.
Teleqraf Fanatik.ro saytına istinadən xəbər verir ki, hazırda vətənində "Petrolul" klubunun sükanı arxasında olan rumıniyalı mütəxəssis "Peskobar" ləqəbli dostu Pol Nikolau ilə ortaq olaraq paytaxt Buxarestdə 14 yaşa qədər uşaqlar üçün futbol akademiyası açıb.
Mutunun adını daşıyan akademiyanın ilk futbolçularından biri onun 7 yaşlı oğlu Tiaqo olub. O, daha əvvəl "Rapid" klubunda oynayıb.
Qeyd edək ki, Adrian Mutu futbolçu karyerası ərzində İtaliyanın "İnter", "Parma", "Fiorentina", İngiltərənin "Çelsi" kimi klublarında çıxış edib. O, 2023-cü ilin iyulundan dekabrına qədər "Neftçi"nin baş məşqçisi olub. Pol Nikolau isə Rumıniyanın uğurlu biznesmenlərindən sayılır. O, "Taverna Racilor" restoranlar şəbəkəsinin sahibidir və sosial şəbəkədə xeyli sayda izləyici kütləsinə malikdir. Peskobar və Mutu yaxın dostdur.