BAKI, 13 fevral. TELEQRAF
NATO-ya üzv olan Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti və hərbi dəstək verməkdə ABŞ-ni əvəz edə bilməyəcək.
Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“Avropa ABŞ-ni əvəz edə bilməz. Buna görə də, ABŞ ilə təmaslarda Ukraynanın bizə ehtiyacının olduğunu vurğulamaq vacibdir”, - nazir qeyd edib.
Berbokun fikrincə, Avropa dövlətləri NATO çərçivəsində qitədə təhlükəsizliyin təmin edilməsində daha böyük rol oynamalıdırlar.