BAKI, 8 fevral. TELEQRAF

"Qarabağ"ın futbolçusu Abbas Hüseynov iki ay müddətinə bərpa prosesi keçəcək.

Bu barədə Teleqraf-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Səbail"ə qarşı ilk matçında zədələnən 30 yaşlı müdafiəçinin durumuna aydınlıq gəlib. Qarşılaşmanın 19-cu dəqiqəsində əzələsini dartan Hüseynov uzun müddətə sıradan çıxıb. O, oyun vaxtı Bədavi Hüseynovla əvəzlənmişdi.

Qeyd edək ki, "Qarabağ" və "Səbail" arasında cavab oyunu fevralın 27-də keçiriləcək.