BAKI, 7 fevral. TELEQRAF

İngiltərənin "Arsenal" klubu gələn yay mərkəz hücumçusu mövqeyi üçün böyük məbləğ xərcləməyə hazırlaşır.

Teleqraf "Daily Mail"ə istinadən xəbər verir ki, London təmsilçisi "Nyukasl"dan Aleksandr İsakı transfer etməyə çalışacaq.

"Sağsağanlar"ın isveçli futbolçu üçün təxminən 150 milyon funt sterlinq tələb edəcəyi gözlənilir.

Yüksək qiymət tələbinə baxmayaraq, "Arsenal" 25 yaşlı hücumçu üçün danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, Aleksandr İsak 2022-ci ilin yayında 63 milyon funt sterlinq qarşılığında Almaniyanın "Borussiya Dortmund" klubundan transfer edilib. O, cari mövsüm ərzində 27 oyunda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.