BAKI, 22 fevral. TELEQRAF

Fransanın “Le Point” jurnalı “2025 – Yeni Dünya Nizamı” adlı xüsusi buraxılışının üz qabığında ABŞ Prezidenti Donald Tramp, Çin Prezidenti Şi Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Prezident Rəcəb Tayyib Ərdoğanın fotolarını dərc edib.

Teleqraf xəbər verir ki, 2018-ci ildə Prezident Ərdoğanı üz qabığına çıxararaq onu diktator adlandıran “Le Point” jurnalı bu dəfə səhvini düzəldib.

Jurnal Rəcəb Tayyib Ərdoğanın yeni dünya düzəninin qurulmasında önəmli fiqur olduğunu qeyd edərək fotosunu maneştə çıxarıb.