BAKI, 22 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, keçmiş ölkə başçısı Co Bayden ABŞ-ni Ukrayna müharibəsinə sürükləməməli idi.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində danışıb.

“Bayden bizi bu qarışıqlığa sürükləməməli idi. Bizi bu qarışıqlığa salan səriştəsiz bir prezidentimiz var idi", - o qeyd edib.

ABŞ liderinin sözlərinə görə, Ukrayna münaqişəsi Avropaya daha çox təsir edir: "Bizə daha az təsir edir. Bizi Rusiyadan ayıran okean var".