BAKI. 22 fevral. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski görüşməlidirlər.

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp həm strateji, həm də humanitar səbəblərdən sülh yolu ilə nizamlanmanın tərəfdarı olduğunu vurğulayıb.

“Mən atəşkəs və razılaşma görmək istəyirəm. Düşünürəm ki, Prezident Putin və Zelenski görüşməlidirlər. Bu, problemi həll etmək üçün lazımdır”, - Tramp qeyd edib.

"Fox News"a müsahibəsində Tramp bildirib ki, Zelenski danışıqlar prosesi baxımından çox zəif iş görüb.