BAKI, 22 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Trampın Moskvaya səfəri ilə bağlı məlumatı təsdiqləməyib.

Daha əvvəl Fransanın "Le Point" Trampın 9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya gələcəyini və Rusiya lideri Vladimir Putinlə görüşəcəyi barədə məlumat yayıb.