BAKI, 22 fevral. TELEQRAF

Vaşinqton və Kiyev Ukraynanın nadir torpaq elementləri ilə bağlı saziş imzalamağa yaxındırlar.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

"Düşünürəm ki, biz buna kifayət qədər yaxınıq. Ukraynalılar da bunu istəyirlər. Onlar hiss edirlər ki, bu yaxşı olacaq və müqavilənin əhəmiyyətindən danışırlar. Bu, böyük bir işdir, onlar bunu istəyirlər", - Amerika lideri qeyd edib.