BAKI, 22 fevral. TELEQRAF

SEPAH general-mayoru İbrahim Cabbari cümə günü Bircənddə keçirilən təlim zamanı Bəsic üzvləri qarşısında çıxış edərək İsraili məhv etmək gücündə olduqlarını bəyan edib.

Teleqraf xəbər verir ki, İ.Cabbari bir həftə ərzində üç dəfə İsraili məhv edə biləcəkləri ilə hədələyib.

“True Promise 3" əməliyyatı lazımi vaxtda, dəqiqliklə İsraili məhv etmək, Təl-Əviv və Hayfanı yerlə-yeksan etmək üçün nəzərdə tutulub", - deyə general-mayor bildirib.