BAKI, 22 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə nadir torpaq metalları sövdələşməsində “ədalətli nəticəyə” ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında yerləşdirdiyi videomüraciətdə danışıb.

Onun sözlərinə görə, saziş layihəsi üzərində iş davam edir.

“Ukrayna və ABŞ komandaları saziş layihəsi üzərində işləyirlər. Mən ədalətli nəticəyə ümid edirəm”, - deyə Zelenski qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və Ukraynanın nadir torpaq metalları üzrə saziş bağlamağa yaxın olduğunu bildirmişdi.